Türkiyənin 4 müxalifət partiyası seçki ittifaqı yaradıb

Türkiyənin 4 müxalifət partiyası seçki ittifaqı yaradıb Bakı. 2 may. REPORT.AZ/ Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib.
Region
2 May , 2018 09:56
Türkiyənin 4 müxalifət partiyası seçki ittifaqı yaradıb

Bakı. 2 may. REPORT.AZ/ Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiyası iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı ittifaq yaratmaq barədə razılığa gəlib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partiyalar ittifaq yaratmaqla bağlı protokolu Mərkəzi Seçki Komissiyasına mayın 6-dək təqdim edə bilər. 

Mayın 6-sı bunun üçün sonuncu gündür.

Bu ittifaqın yaranması ilə bağlı hələlik razılaşma imzalanmayıb. Birliyin prezidentliyə vahid namizəd irəli sürəcəyi bildirilib.

Mayın 3-də dörd partiyanın liderləri ortaq mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyası ilə müxalif Milliyyətçi Hərəkat Partiyası “Cümhur ittifaqı” yaradıb.

Son xəbərlər

Orphus sistemi