Yuxarı
    Bağlamaq

    Türkiyədə yeni hökumətin qurulmasına parlament sədri seçiləndən sonra başlanılacaq

    Türkiyə Böyük Millət Məclisi (TBMM) sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də keçiriləcək

    Bakı. 20 İyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni hökumətin qurulmasına Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi başa çatandan sonra baxılacaq. Bu barədə "Report" "Milliyət" qəzetinə istinadən xəbər verir. 

    Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də keçiriləcək.

    Türkiyə qanunlarına görə, parlamentin ilk iclası Cümhuriyyət Xalq Partiyasından olan ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə baş tutacaq. Parlamentin birinci iclasında Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər irəli sürüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi