Türkiyədə yeni hökumətin qurulmasına parlament sədri seçiləndən sonra başlanılacaq

Türkiyədə yeni hökumətin qurulmasına parlament sədri seçiləndən sonra başlanılacaq Türkiyə Böyük Millət Məclisi (TBMM) sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də keçiriləcək
Region
21 İyun , 2015 01:50
Türkiyədə yeni hökumətin qurulmasına parlament sədri seçiləndən sonra başlanılacaq

Bakı. 20 İyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni hökumətin qurulmasına Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi başa çatandan sonra baxılacaq. Bu barədə "Report" "Milliyət" qəzetinə istinadən xəbər verir. 

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də keçiriləcək.

Türkiyə qanunlarına görə, parlamentin ilk iclası Cümhuriyyət Xalq Partiyasından olan ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə baş tutacaq. Parlamentin birinci iclasında Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər irəli sürüləcək.

Son xəbərlər

Orphus sistemi