Yuxarı

Türkiyədə terror aktı törədilib: 1 ölü, 7 yaralı - VİDEO

Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi bildirilir

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində. Ulucami məscidinin yaxınlığında terror aktı törədilib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Eyni zamanda, partlayışdan yaxınlıqdakı mağazaların şüşələri qırılıb, mallar ətrafa dağılıb. Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.

Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi və ölənin də terrorçunun özü olduğu bildirilir. 

Hazırda polis partlayışın səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi