Türkiyədə terror aktı törədilib: 1 ölü, 7 yaralı - VİDEO

Türkiyədə terror aktı törədilib: 1 ölü, 7 yaralı - VİDEO Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi bildirilir
Region
27 Aprel , 2016 19:02
Türkiyədə terror aktı törədilib: 1 ölü, 7 yaralı - VİDEO

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin Bursa şəhərində. Ulucami məscidinin yaxınlığında terror aktı törədilib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Eyni zamanda, partlayışdan yaxınlıqdakı mağazaların şüşələri qırılıb, mallar ətrafa dağılıb. Hadisə yerinə çox sayda polis, təcili yardım və xilasetmə qüvvələri cəlb edilib.

Hadisəni 25 yaşlı qadın kamikadzenin törətdiyi və ölənin də terrorçunun özü olduğu bildirilir. 

Hazırda polis partlayışın səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi