Bakı. 21 aprel. REPORT.AZ/ Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.
Belə ki, Kayseri şəhərindən Antalyaya gedən avtobus Konya-Aksaray avtomobil yolunda qəzaya düşüb. Nəticədə 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.