Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir
Region
21 Aprel , 2018 10:43
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.

Belə ki, Kayseri şəhərindən Antalyaya gedən avtobus Konya-Aksaray avtomobil yolunda qəzaya düşüb. Nəticədə 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi