Yuxarı

​Türkiyədə seçki günü də terrorçu PKK-ya qarşı əməliyyat keçirilib

Əməliyyat-axtarış tədbirləri ölkənin Şırnak, Tunceli, Diyarbəkir, Hakkari əyalətlərində gerçəkləşdirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinə keçirilən seçki günü ölkənin bir sıra bölgələrində antiterror əməliyyatı da olub.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Məlumata görə, Şırnakda və Hakkaridə terrorçu PKK-ya aid sığınacaqlar, silah-sursat anbarları havadan endirlən zərbələr nəticəsində məhv edilib.

Suriyadan Türkiyəyə (Türkiyənin Şanlıurfa əyalətinin Suruc bölgəsindən) keçmək istəyən iki terrorçu PKK silahlısı tutulub. Ölkənin Mardin əyalətinin Kızıltəpə rayonunda aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində bir ədəd "Kalaşnikov" avtomatı, tüfəng, üç ədəd avtomat darağı, 200 ədəd fişəng aşkar edilərək götürülüb.

Türkiyənin Şırnak əyalətinin Uludərə bölgəsində keçirilən əməliyyat-axtarış nəticəsində 50 kq ammonim-nitrat (partlayıcılarda istifadə edilir), 300 metr uzunluğunda kabel, 4 ədəd akkumlyator və başqa bu kimi ləvazimatlar götürülüb.

Ölkənin Diyarbəkir əyalətinin Hani kəndində təxminən 180 min çətənə kolu (bu 3,6 ton marixuanaya bərabərdir), 544 kq marixuana, bir ədəd ov tüfəngi aşkar olunaraq keçirilib.

Türkiyənin Tunceli əyalətində həyata keçirilən əməliyyat nəticəsində terrorçu PKK-ya yardım və himayədarliq etidiyi üçün 3 nəfər tutulub, onların qaldığı yerdə aparılan axtarış nəticəsində bir ədəd "AK-47" tüfəmngi və onların 5 ədəd darağı, bir ədəd binokl aşkar edilərək götürülüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi