Yuxarı
    Bağlamaq

    ​Türkiyədə silahlı şəxslərin polisə hücumu nəticəsində 3 asayiş keşikçisi yaralanıb, 1 polis ölüb

    Polis silahlı şəxslərin yaxalanması üçün iri miqyaslı əməliyyata başlayıb

    Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin Adana şəhərində polisə hücum edilib.

    "Report"un məlumatına görə, bu barədə "Milliyyet" xəbər yayıb.

    Məlumata görə, cinayət hadisəsinin baş verdiyi yerə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarına odlu silahdan açılmış atəş nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Adana Dövlət Xəstəxanasına yerləşdirilmiş polis əməkdaşlarından birinin həyatını xilas etmək mümkün olmayıb.

    Adana polisinin rəhbər şəxsləri hadisə yerinə gəliblər. 

    Polis hücum etmiş şəxslərin yaxalanması üçün iri miqyaslı əməliyyata başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi