​Türkiyədə silahlı şəxslərin polisə hücumu nəticəsində 3 asayiş keşikçisi yaralanıb, 1 polis ölüb

​Türkiyədə silahlı şəxslərin polisə hücumu nəticəsində 3 asayiş keşikçisi yaralanıb, 1 polis ölüb Polis silahlı şəxslərin yaxalanması üçün iri miqyaslı əməliyyata başlayıb
Region
5 Avqust , 2016 01:34
​Türkiyədə silahlı şəxslərin polisə hücumu nəticəsində 3 asayiş keşikçisi yaralanıb, 1 polis ölüb

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin Adana şəhərində polisə hücum edilib.

"Report"un məlumatına görə, bu barədə "Milliyyet" xəbər yayıb.

Məlumata görə, cinayət hadisəsinin baş verdiyi yerə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarına odlu silahdan açılmış atəş nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Adana Dövlət Xəstəxanasına yerləşdirilmiş polis əməkdaşlarından birinin həyatını xilas etmək mümkün olmayıb.

Adana polisinin rəhbər şəxsləri hadisə yerinə gəliblər. 

Polis hücum etmiş şəxslərin yaxalanması üçün iri miqyaslı əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi