Bu gün Türkiyədə koronavirusdan 23 nəfər ölüb.
“Report” xəbər veriir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 692 nəfərə çatıb.
Son sutkada ölkədə COVID-19-a 914 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin ümumi sayı 170 132 nəfər təşkil edir.
Gün ərzində 2 647 nəfər təhlükəli virusdan sağalıb. Bununla da xəstəlikdən sağalanların ümumi sayı 137 969 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.