Türkiyədə deputatlarla bağlı 117 cinayət işi prokurorluğa göndərilib

Türkiyədə deputatlarla bağlı 117 cinayət işi prokurorluğa göndərilib Nazir: “Türkiyədə 152 deputat barəsində 799 cinayət işinin istintaqının aparılması və icraata götürülməsi ilə bağlı maneələr aradan qalxıb"
Region
10 İyun , 2016 13:33
Türkiyədə deputatlarla bağlı 117 cinayət işi prokurorluğa göndərilib

Bakı. 10 iyun. REPORT.AZ/ “Türkiyədə 152 deputat barəsində 799 cinayət işinin istintaqının aparılması və icraata götürülməsi ilə bağlı maneələr aradan qalxıb".

“Report” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "TRT Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, deputatlarla bağlı indiyədək Ədliyyə Nazirliyində 117 cinayət işi vardı: "Biz hələ onları müvafiq prokurorluqlara göndərməmişdik. Ancaq konstitusiya dəyişikliyindən sonra 117 cinayət işini aidiyyəti prokurorluqlara göndərdik". 

B.Bozdağ deyib ki, TBMM rəhbərliyi də zəruri materialları baş nazirə təqdim edəcək: "Baş nazir də həmin materialları Ədliyyə Nazirliyinə, biz də müvafiq prokurorluqlara göndərəcəyik. Bundan sonra prokurorluqlar araşdırmaları qaldığı yerdən davam etdirəcəklər".

Xatırladaq ki, mayın 20-də Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik layihəsini 376 səs lehinə olmaqla qəbul edilib. Prezident Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb. Bu dəyişiklik terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığını aradan qaldıqmağa və onlara qarşı cinayət işi açılmasına imkan verir. 

Son xəbərlər

Orphus sistemi