Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Dağlıca kəndində terrorçulara qarşı keçirilən hava əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirilib və onların xeyli silah-sursatı məhv edilib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Hərbi Hava Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, ölkənin Bitlis şəhərində bir yük maşınını ələ keçirməyə çalışan terrorçu PKK-nın silahlısı zərərsizləşdirilib.
Xəbərdə bildirilib ki, ölkənin Şirnak əyalətində iki terrorçu tutulub.