Türkiyə Rusiyanın bəzi məhsullarına məhdudiyyət tətbiq olunduğu barədə məlumatları təkzib edib

Türkiyə Rusiyanın bəzi məhsullarına məhdudiyyət tətbiq olunduğu barədə məlumatları təkzib edib Rusiya buğdasının idxalına, günəbaxan yağının tədarükünə yeni məhdudiyyətlər qoyulduğu barədə məlumat yayılmışdı
Region
25 May , 2017 09:53
Türkiyə Rusiyanın bəzi məhsullarına məhdudiyyət tətbiq olunduğu barədə məlumatları təkzib edib
Ria.ru

Bakı. 25 may. REPORT.AZ/ “Rusiya ilə ticarət əlaqələrinə heç bir məhdudiyyət tətbiq edilməyib”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin İqtisadiyyat Nazirliyindən bildiriblər.

Qeyd edək ki, mayın 24-də Türkiyənin Rusiya buğdasının idxalına, həmçinin rüsumsuz günəbaxan yağının tədarükünə yeni məhdudiyyətlər qoyduğu barədə məlumat yayılmışdı.

Türkiyə ixracatçıları bildirmişdi ki, bu təşəbbüs ölkənin İqtisadiyyat Nazirliyinə deyil, onlara məxsusdur. Onlar vəziyyətin dəyişə biləcəyini də vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi