Yuxarı
    Bağlamaq

    ​Türkiyə prezidenti İrana səfər edəcək

    Bunu Tehranda ölkənin xarici işlər naziri bildirib

    Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin yanvarında İrana səfər edəcək.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    Çavuşoğlu Tehranda iranlı həmkarı Məhəmmədcavad Zəriflə birlikdə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə azaldığını deyib: "Ancaq biz bunu 30 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq".

    Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran İkinci Strateji Ali Şurasının Tehranda keçiriləcək toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edəcək.

    Xatırladaq ki, birinci belə iclas 2014-cü ilin iyununda Türkiyədə keçirilib. Həmin iclasda İranın prezidenti Həsən Ruhani də iştirak etmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi