​Türkiyə prezidenti İrana səfər edəcək

​Türkiyə prezidenti İrana səfər edəcək Bunu Tehranda ölkənin xarici işlər naziri bildirib
Region
23 Dekabr , 2014 10:55
​Türkiyə prezidenti İrana səfər edəcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin yanvarında İrana səfər edəcək.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu Tehranda iranlı həmkarı Məhəmmədcavad Zəriflə birlikdə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illərlə müqayisədə azaldığını deyib: "Ancaq biz bunu 30 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq".

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran İkinci Strateji Ali Şurasının Tehranda keçiriləcək toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edəcək.

Xatırladaq ki, birinci belə iclas 2014-cü ilin iyununda Türkiyədə keçirilib. Həmin iclasda İranın prezidenti Həsən Ruhani də iştirak etmişdi. 

Son xəbərlər

Orphus sistemi