Yuxarı
    Bağlamaq

    Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini yenidən 90 gün uzadıb

    Türkiyə hökuməti bazar ertəsi fövqəladə vəziyyət rejiminin uzadılmasına dair ölkə parlamentinə sorğu ğöndərib

    Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyə parlamenti ötən il baş vermiş dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejiminin tətbiqini dördüncü dəfə 90 gün müddətinə uzadıb.

    "Report"un verdiyi xəbərə görə, bu barədə NTV telekanalı məlumat yayıb. 

    Bazar ertəsi, bir qədər əvvəl Türkiyə hökuməti fövqəladə vəziyyət rejiminin uzadılmasına dair ölkə parlamentinə sorğu ğöndərib. 

    Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə tətbiq edilib. Bundan sonra bu müddət parlamentin razılığı və hökumətin qərarı ilə üç dəfə 3 ay müddətinə uzadılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi