Yuxarı

Türkiyə hərbçiləri Əl-Babda İŞİD-in 11 silahlısını zərərsizləşdirib

Terrorçuların istehkamı, sığınacaq yerləri və silah anbarı məhv edilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşmasının 11 silahlısını məhv edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Nəticədə terrorçuların 12 istehkamı, sığınacaq yeri və silah anbarı dağıdılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi