“Turkish Airlines” aviaşirkəti Çinə uçuşları dayandırıb
Region
- 30 yanvar, 2020
- 23:35
Türkiyənin “Turkish Airlines” aviaşirkəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çinə uçuşları dayandırıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Aviaşirkətin nümayəndəsi Yəhya Üstün bildirib ki, “Turkish Airlines”in Milli və Beynəlxalq strukturları koronavirusla bağlı vəziyyətin qiymətləndirilməsi üçün fevralın 9-a qədər Pekinə, Quancjouya, Şanxaya və Siana reysləri dayandırır.
Üstün əlavə edib ki, aviaşirkət rəhbərliyi xəstəliyin yayılması ilə bağlı vəziyyəti izləməyə davam edəcək.
Xatırladaq ki, 2019-cu ilin dekabrının sonlarında Çin hakimiyyəti Uhan şəhərində naməlum mənşəli pnevmaniyanın yayılması haqqında bildirib. Ekspertlər təyin ediblər ki, xəstəliyə 2019-nCoV koronavirusu səbəb olub.
Son xəbərlər
17:17
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Biznes17:12
Azərbaycan və Meksika deputatları əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Xarici siyasət17:11
"Karvan-Yevlax"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya təşkil olunub
Futbol17:08
Azərbaycanda biznes kreditlərinin 43 %-i tam təminatlıdır
Maliyyə16:59
Almaniyada dövlət sektoru işçiləri tətil keçirəcək
Digər ölkələr16:56
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti daha 4 ay uzadılıb
Hadisə16:49
Premyer Liqa: "Qarabağ" son dəqiqə qolu ilə "Şamaxı"nı məğlub edib
Futbol16:44
Foto
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət16:43
Foto