Yuxarı

Süleyman Dəmirəlin vəfatı ilə bağlı Türkiyədə 3 günlük matəm elan edilib

Mərhumun cənazəsi şənbə günü İslamköydə torpağa tapşırılacaq

Bakı. 17 iyun. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan edilib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

Davudoğlu bildirib ki, bu gündən etibarən matəm başlayıb: "Cümə günü Ankarada cənazə namazı qılınacaq. Digər məsələlərə gəlincə, bu barədə mərhumun ailəsi dəqiq qərar verəcək. Mərhumun cənazəsi şənbə günü İslamköydə torpağa tapşırılacaq".

Qeyd edək ki, S.Dəmirəl bu gün səhər saatlarında vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi