Yuxarı
    Bağlamaq

    SOCAR Gürcüstandakı öhdəliklərini vaxtında yerinə yetirəcək

    Mahir Məmmədov öhdəliklərdən kənar bir sıra işlərin də yerinə yetirildiyini və başqa layihələrində olduğunu bildirib© "Report"

    Tbilisi. 24 iyun. REPORT.AZ/ SOCAR Gürcüstanda götürdüyü öhdəlikləri bu ilin sonunadək yerinə yetirəcək.

    “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, buna heç bir şübhə ola bilməz: “Biz ölkədə 250 min yeni abonent yaratmalıyıq. Eyni zamanda, 250 milyon dollar investisiya yatırmalıyıq. Bunların hər ikisi ilin sonunadək başa çatmalıdır. Bizim 2017-ci ilin dekabr ayınadək vaxtımız var”.

    Mahir Məmmədov öhdəliklərdən kənar bir sıra işlərin də yerinə yetirildiyini və başqa layihələrində olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi