Tbilisi. 24 iyun. REPORT.AZ/ SOCAR Gürcüstanda götürdüyü öhdəlikləri bu ilin sonunadək yerinə yetirəcək.
“SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, buna heç bir şübhə ola bilməz: “Biz ölkədə 250 min yeni abonent yaratmalıyıq. Eyni zamanda, 250 milyon dollar investisiya yatırmalıyıq. Bunların hər ikisi ilin sonunadək başa çatmalıdır. Bizim 2017-ci ilin dekabr ayınadək vaxtımız var”.
Mahir Məmmədov öhdəliklərdən kənar bir sıra işlərin də yerinə yetirildiyini və başqa layihələrində olduğunu bildirib.