Yuxarı

​Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

Helikopter Kamçatka diyarının Sobolev rayonuna təbii qaz şirkətinin əməkdaşlarını aparırmış

Bakı. 16 dekabr. REPORT.AZ/ Kamçatkada Rusiyanın "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 6 sərnişin xəsarət alıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Uzaq Şərq nəqliyyat bölməsi rəhbərinin baş köməkçisi Oksana Polşakova bildirib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər həyatını itirib: "Başqa xəsarət alanlar barədə məlumatımız yoxdur. Müstəntiqlər hadisə yerinə gedib. Rusiya Cinayət Məcəlləsinin hava uçuş vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinin insan ölümü ilə nəticələnməsi maddəsi ilə cinayət işi açılıb".

Məlumata görə, dekabrın 16-da "Mi-8" helikopteri Kamçatka diyarının Sobolev rayonuna təbii qaz şirkətinin əməkdaşlarını aparırmış. Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə idarəsindən bildirilib ki, helikopterin göyərtəsində 22 nəfər olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi