​Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

​Rusiyada "Mi-8" helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb Helikopter Kamçatka diyarının Sobolev rayonuna təbii qaz şirkətinin əməkdaşlarını aparırmış
Region
16 Dekabr , 2015 10:19
​Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Kamçatkada Rusiyanın "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 6 sərnişin xəsarət alıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Uzaq Şərq nəqliyyat bölməsi rəhbərinin baş köməkçisi Oksana Polşakova bildirib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər həyatını itirib: "Başqa xəsarət alanlar barədə məlumatımız yoxdur. Müstəntiqlər hadisə yerinə gedib. Rusiya Cinayət Məcəlləsinin hava uçuş vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinin insan ölümü ilə nəticələnməsi maddəsi ilə cinayət işi açılıb".

Məlumata görə, dekabrın 16-da "Mi-8" helikopteri Kamçatka diyarının Sobolev rayonuna təbii qaz şirkətinin əməkdaşlarını aparırmış. Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə idarəsindən bildirilib ki, helikopterin göyərtəsində 22 nəfər olub.  

Son xəbərlər

Orphus sistemi