Yuxarı

Rusiya Türkiyəyə turpaketlərin satışına qoyulmuş məhdudiyyətləri ləğv edib

Vladimir Putin hökumətə iki ölkə arasında çarter reyslərin bərpa edilməsi məsələləri ilə məşğul olmağı tapşırıb

Bakı. 30 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fərman imzalayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, sənədin mətni Kremlin saytında yerləşdirilib.

Fərmana əsasən, hökumətə iki ölkə arasında çarter reyslərinin bərpa edilməsi məsələləri ilə məşğul olmaq tapşırılıb. Bundan başqa, Rusiya Nazirlər Kabineti Türkiyə tərəfi ilə iki ölkə arasında xarici iqtisadi əlaqələrə dair danışıqlar aparmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi