Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiyanın “Su-27” təyyarəsi ABŞ-ın “Р-8А Poseidon” kəşfiyyat təyyarəsinin Baltik dənizinin səmasında uçuşuna mane olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya
Bildirilib ki, Baltik dənizi üzərində neytral ərazidən Rusiyanın dövlət sərhədinə havadan uçuş vasitəsinin yaxınlaşdığı qeydə alınıb. Məlumata əsasən, “Su-27” həmin obyektə təhlükəsiz məsafədə yaxınlaşaraq bunun ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Р-8А Poseidon” kəşfiyyat təyyarəsi olduğunu müəyyənləşdirib.
Rusiya təyyarəsi bazaya dönüb.