Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsinin uçuşuna mane olub

Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsinin uçuşuna mane olub Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiyanın “Su-27” təyyarəsi ABŞ-ın “Р-8А Poseidon” kəşfiyyat təyyarəsinin Baltik dənizinin səmasında uçuşuna mane olub.
Region
28 Yanvar , 2019 20:25
Rusiya qırıcısı ABŞ-ın kəşfiyyat təyyarəsinin uçuşuna mane olub
TASS

Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiyanın “Su-27” təyyarəsi ABŞ-ın “Р-8А Poseidon” kəşfiyyat təyyarəsinin Baltik dənizinin səmasında uçuşuna mane olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baltik dənizi üzərində neytral ərazidən Rusiyanın dövlət sərhədinə havadan uçuş vasitəsinin yaxınlaşdığı qeydə alınıb. Məlumata əsasən, “Su-27” həmin obyektə təhlükəsiz məsafədə yaxınlaşaraq bunun ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Р-8А Poseidon” kəşfiyyat təyyarəsi olduğunu müəyyənləşdirib.

Rusiya təyyarəsi bazaya dönüb.

Son xəbərlər

Orphus sistemi