Yuxarı

​Rusiya Ermənistanda hərbi pilotların təlimini keçirir

Tədbirdə yüzdən çox hərbi pilot və texniki xidmət heyəti iştirak edir

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsi Ermənistanda "MiQ-29" qırıcılarının 4-cü nəslinin iştirakı ilə taktiki hərbi təlimlərə başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər Rusiyanın Ermənistandakı "Erebuni" hərbi aviasiya bazasının Kamxud və Alagəz poliqonlarında keçirilir.

Məlumata əsasən, təlimdə yüzdən çox hərbi pilot və texniki xidmət heyəti iştirak edir. Bundan başqa, təlimə 30-dan artıq xüsusi hərbi və aviasiya texnikası cəlb edilib.

Üç gün davam edəcək hərbi tədbirdə "MiQ-29" qırıcıları qoşunların havadan müdafiəsi, eləcə də havadakı hədəfin, şərti düşmənin qanadlı və ballistik raketlərinin məhv edilməsi tapşırıqlarını yerinə yetirəcək.

Təlimlər MDB-nin Hava Hücumundan Müdafiə Birliyi sistemi çərçivəsində "Ermənistanın hava məkanının qorunması" məqsədilə keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi