​Rəcəb Tayyib Ərdoğanın İrana səfəri təxirə salınmayacaq

​Rəcəb Tayyib Ərdoğanın İrana səfəri təxirə salınmayacaq "Yəməndə baş verən son hadisələr bu səfəri daha da aktuallaşdırır"
Region
27 Mart , 2015 16:24
​Rəcəb Tayyib Ərdoğanın İrana səfəri təxirə salınmayacaq

Bakı. 27 mart. REPORT.AZ/ Yəməndə keçirilən hərbi əməliyyata baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

"Əvvəlcədən planlaşdırıldığı kimi, prezident bu il aprelin birinci həftəsi İrana səfər edəcək. Yəməndə baş verən son hadisələr bu səfəri daha da aktuallaşdırır", - o vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər Nazirliyi Yəməndə koalisiya qüvvələrinin keçirdiyi hərbi əməliyyatı dəstəklədiyini bildirib. İran tərəfi isə bunu "təcavüz" adlandırıb. 

Son xəbərlər

Orphus sistemi