Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfər edəcək

Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında Gürcüstana səfər edəcək.
Region
31 Oktyabr , 2019 20:11
Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında Gürcüstana səfər edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Gürcüstan baş naziri Giorgi Qaxariya ilə birgə mətbuat konfransı zamanı bildirib.

Həmçinin gələn ay iqtisadiyyat nazirlərinin sədrliyi ilə hökumətlərarası komissiyaların iclaslarını keçirməklə bağlı razılığa gəldikləri də qeyd olunub.

Qeyd edək ki, R.T.Ərdoğan son dəfə Gürcüstana 2010-cu ildə, baş nazir olarkən işgüzar səfər etmişdi.

Son xəbərlər

Orphus sistemi