Yuxarı

Qırğız Respublikasının prezidenti müalicədən sonra ölkəsinə dönüb

Almazbek Atambayev müalicə müddətində onu dəstəkləyənlərə təşəkkürünü bildirib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkiyə və Rusiyada müalicə kursu keçdikdən sonra ölkəsinə dönüb.

"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Almazbek Atambayev müalicə müddətində onu dəstəkləyənlərə təşəkkürünü bildirib.

Xatırladaq ki, Qırğız Respublikasının prezidenti sentyabrın 19-da ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi. Sentyabrın 23-də isə müalicəsini davam etdirmək üçün Moskvaya gedib. Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi