Qırğız Respublikasının prezidenti müalicədən sonra ölkəsinə dönüb

Qırğız Respublikasının prezidenti müalicədən sonra ölkəsinə dönüb Almazbek Atambayev müalicə müddətində onu dəstəkləyənlərə təşəkkürünü bildirib
Region
3 Oktyabr , 2016 12:44
Qırğız Respublikasının prezidenti müalicədən sonra ölkəsinə dönüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkiyə və Rusiyada müalicə kursu keçdikdən sonra ölkəsinə dönüb.

"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Almazbek Atambayev müalicə müddətində onu dəstəkləyənlərə təşəkkürünü bildirib.

Xatırladaq ki, Qırğız Respublikasının prezidenti sentyabrın 19-da ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edərək, Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edirdi. Sentyabrın 23-də isə müalicəsini davam etdirmək üçün Moskvaya gedib. Almazbek Atambayevin ürəyində aritmiya və həzm sistemində problemlər olub.

Son xəbərlər

Orphus sistemi