Qələbə Günü münasibətilə Moskvadakı tədbirlərə 30 dövlət və hökumət başçısı qatılacaq

Qələbə Günü münasibətilə Moskvadakı tədbirlərə 30 dövlət və hökumət başçısı qatılacaq Peskovun sözlərinə görə, öz iştiraklarını Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan prezidentləri təsdiqləyib
Region
30 Aprel , 2015 15:04
Qələbə Günü münasibətilə Moskvadakı tədbirlərə 30 dövlət və hökumət başçısı qatılacaq

Bakı. 30 aprel. REPORT.AZ/ Böyük Vətən Müharibəsində Qələbənin yubileyinə həsr olunan Moskvadakı tədbirlərdə iştirakını 30-a yaxın ölkənin dövlət və hökumət başçıları təsdiq edib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, bayram tədbirləri keçiriləcək tarix yaxınlaşdıqca siyahıda dəyişikliklər ola bilər. 

"Mayın 8-10-da Moskvada keçiriləcək Qələbənin 70-ci ildönümünə həsr olunan tədbirlərdə 30-a yaxın dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak etməyi planlaşdırır", - mətbuat katibi vurğulayıb. 

Peskovun sözlərinə görə, bu günə qədər öz iştiraklarını Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan prezidentləri təsdiq edib.

Bundan başqa, Kubanın lideri, Hindistan, CAR, Bosniya və Heseqovina, Serb Respublikası, Venesuela, Vyetnam, Zimbabve, Makedoniya, Monqolustan prezidentləri Moskvaya gəlməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi