Bakı. 21 iyun. REPORT.AZ/ Qazaxıstanın iki vətəndaşı "Sibir xorası"ndan ölüb.
"Report" xəbər verir ki, bu haqda "Novosti-Kazaxıstan" məlumat yayıb.
İnformasiyaya görə, hadisə Karaqanda vilayətinin Şet rayonunun Erkindik qəsəbəsində qeydə alınıb. Qəsəbənin 5 sakini "Sibir xorası"na yoluxmaqda şübhəli bilinərək Karaqandanın yoluxucu xəsətliklər xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisi xəstəxanada ölüb.
Xəstəxanaya yerləşdirilənlərin və ölənlərin mal-qaranı kəsərkən bu xəstəliyə yoluxduqları ehtimal edilir. Rəsmi laboratoriya isə "Sibir xorası" diaqnozunu hələ ki, təsdiqləməyib.