Yuxarı

​Qazaxıstan növbədənkənar prezident seçkisi keçirməyə hazırlaşır

Hakim siyasi təşkilat bunu dünyada gedən siyasi, iqtisadi və ictimai proseslər fonunda ölkə üçün birliyin vacib olması ilə əlaqələndirib

Bakı. 16 fevral. REPORT.AZ/ Hakim "Nur Otan" Partiyası Qazaxıstan Xalqları Assambleyası Şurasının növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.

"Report" "interfaks"a istinadən xəbər verir ki, bu haqda "Nur Otan" Partiyası bəyanat yayıb.

Hakim siyasi təşkilat bunu dünyada gedən siyasi, iqtisadi və ictimai proseslər fonunda ölkə üçün birliyin vacib olması ilə əlaqələndirib.

"Elbaşının (prezident Nursultan Nazarbayev nəzərdə tutulur- red.) qeyd etdiyi kimi yaxın zamanda qlobal sınaq zamanı olacaq. Bu sınaqdan heç də bütün dövlətlər ləyaqətlə çıxmayacaq. Bu səddi güclü dövlətlər və sıx birləşmiş millətlər aşa biləcək", - bəyanatda vurğulanıb.

"Nur Otan" Partiyası ölkənin bütün vətəndaşları və siyası partiyalarını növbədənkənar prezident seçkisinin keçirilməsi haqda parlamentin təşəbbüsünü dəstəkləməyə çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi