​Qazaxıstan növbədənkənar prezident seçkisi keçirməyə hazırlaşır

​Qazaxıstan növbədənkənar prezident seçkisi keçirməyə hazırlaşır Hakim siyasi təşkilat bunu dünyada gedən siyasi, iqtisadi və ictimai proseslər fonunda ölkə üçün birliyin vacib olması ilə əlaqələndirib
Region
16 Fevral , 2015 12:09
​Qazaxıstan növbədənkənar prezident seçkisi keçirməyə hazırlaşır

Bakı. 16 fevral. REPORT.AZ/ Hakim "Nur Otan" Partiyası Qazaxıstan Xalqları Assambleyası Şurasının növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.

"Report" "interfaks"a istinadən xəbər verir ki, bu haqda "Nur Otan" Partiyası bəyanat yayıb.

Hakim siyasi təşkilat bunu dünyada gedən siyasi, iqtisadi və ictimai proseslər fonunda ölkə üçün birliyin vacib olması ilə əlaqələndirib.

"Elbaşının (prezident Nursultan Nazarbayev nəzərdə tutulur- red.) qeyd etdiyi kimi yaxın zamanda qlobal sınaq zamanı olacaq. Bu sınaqdan heç də bütün dövlətlər ləyaqətlə çıxmayacaq. Bu səddi güclü dövlətlər və sıx birləşmiş millətlər aşa biləcək", - bəyanatda vurğulanıb.

"Nur Otan" Partiyası ölkənin bütün vətəndaşları və siyası partiyalarını növbədənkənar prezident seçkisinin keçirilməsi haqda parlamentin təşəbbüsünü dəstəkləməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi