NATO baş katibinin müavini Türkiyədə səfərdədir

NATO baş katibinin müavini Türkiyədə səfərdədir Bakı. 22 yanvar. REPORT.AZ/ NATO baş katibinin müavini Rouz Qottemüller Ankarada səfərdədir. 
Region
22 Yanvar , 2018 13:07
NATO baş katibinin müavini Türkiyədə səfərdədir

Bakı. 22 yanvar. REPORT.AZ/ NATO baş katibinin müavini Rouz Qottemüller Ankarada səfərdədir. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarının başlamasından sonra  NATO rəsmilərinin ölkəyə ilk səfəridir.

R.Qottemüller Türkiyə Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, Türkiyə ordusu “Zeytun budağı” əməliyyatlarına başlayandan qısa müddət sonra NATO məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd olunmuşdu ki, bütün dövlətlərin özünü müdafiə hüquq var. 

Son xəbərlər

Orphus sistemi