Yuxarı

Mövlud Çavuşoğlu: "Ərdoğan və Putin İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək"

Türkiyə prezidenti avqustun 9-da Rusiyaya səfər edəcək

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Rusiyaya səfər edəcək.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bundan əvvəl Türkiyə və Rusiyanın bir sıra nazirləri arasında görüşlər keçiriləcək: “Mən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüm zamanı hansı addımların atılmasının zəruri olduğunu müzakirə etmişəm. Biz görüşün siyasi mövzularını razılaşdırırıq. Hər halda Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, İŞİD və “Cəbhəte ən-Nusra”ya qarşı mübarizə məsələləri müzakirə ediləcək”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi