Yuxarı
    Bağlamaq

    ​Mövlud Çavuşoğlu BMT baş katibini Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı məlumatlandırıb

    Xarici işlər naziri bildirib ki, çevriliş cəhdi həyata keçsəydi, ölkədəki demokratiya tam süquta yetəcəkdi

    Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun arasında telefon danışığı olub. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, XİN rəhbəri BMT baş katibinə Türkiyədə dövlət çevrilişinə cəhdin ordudakı kiçik qrup tərəfindən həyata keçirilməsi haqda məlumat verib.

    Xarici işlər naziri bildirib ki, çevriliş cəhdi həyata keçsəydi, ölkədəki demokratiya tam süqut edəcəkdi.

    BMT baş katibi Türkiyədə 15 iyul hadisələrində dünyasını dəyişmiş şəxslərə başsağlığı verib. Eyni zamanda Mövlud Çavuşoğludan dövlət çevrilişinə cəhddən sonra hüquqi çərçivədə görülən işlər barəsində məlumat alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi