​Mövlud Çavuşoğlu BMT baş katibini Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı məlumatlandırıb

​Mövlud Çavuşoğlu BMT baş katibini Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı məlumatlandırıb Xarici işlər naziri bildirib ki, çevriliş cəhdi həyata keçsəydi, ölkədəki demokratiya tam süquta yetəcəkdi
Region
27 İyul , 2016 22:33
​Mövlud Çavuşoğlu BMT baş katibini Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı məlumatlandırıb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun arasında telefon danışığı olub. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, XİN rəhbəri BMT baş katibinə Türkiyədə dövlət çevrilişinə cəhdin ordudakı kiçik qrup tərəfindən həyata keçirilməsi haqda məlumat verib.

Xarici işlər naziri bildirib ki, çevriliş cəhdi həyata keçsəydi, ölkədəki demokratiya tam süqut edəcəkdi.

BMT baş katibi Türkiyədə 15 iyul hadisələrində dünyasını dəyişmiş şəxslərə başsağlığı verib. Eyni zamanda Mövlud Çavuşoğludan dövlət çevrilişinə cəhddən sonra hüquqi çərçivədə görülən işlər barəsində məlumat alıb. 

Son xəbərlər

Orphus sistemi