Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri dəfn olunub - YENİLƏNİB - VİDEO

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri dəfn olunub - YENİLƏNİB - VİDEO Dəfn mərasimi üçün qəbristanlıqda fəxri qaravul düzülüb
Region
22 Dekabr , 2016 17:17
Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri dəfn olunub - YENİLƏNİB - VİDEO

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlov Moskva Vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunub. 

"Report" xəbər verir ki, dəfn mərasimi üçün qəbristanlıqda fəxri qaravul düzülüb. 

Dəfn mərasimini hərbi orkestr müşayət edib. 

Mərhum səfirin tabutu üzərinə Rusiyanın dövlət bayrağı örtülüb.  

*** 14:04

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi başlayıb. 

“Report” xəbər verir ki, A.Karlovla ilk vida mərasimi Rusiya Xarici İşlər Nazirliyində keçirilib.

Həmin tədbirdə Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, mərhumun ailə üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edib. S.Lavrov mərasimdə nitq söyləyib.   

Mərhum diplomatın cənazəsi daha sonra Xilaskar İsa Məsih kilsəsinə aparılacaq. Orada Rusiyanın Patriarxı Kirilin rəhbərliyi ilə dini ayinlər yerinə yetiriləcək. 

Ailəsinin istəyi ilə A.Karlov Moskva Vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunacaq

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov dekabrın 19-da Ankarada "Səyahətçilərin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərgidə qətlə yetirilib. Mövlud Mərt Altınbaş adlı polis əməkdaşı sərginin açılışında çıxış edən diplomatı güllələyib. Xəstəxanaya çatdırılan A.Karlovun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində diplomatı güllələyən Mövlud Mərt Altınbaş öldürülüb. 

Son xəbərlər

Orphus sistemi