Moskvada avtobus metro keçidində gözləyən insanları vurub, 5 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO

Moskvada avtobus metro keçidində gözləyən insanları vurub, 5 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO Hadisə Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının piyada keçidində baş verib
Region
25 Dekabr , 2017 16:25
Moskvada avtobus metro keçidində gözləyən insanları vurub, 5 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya paytaxtı Moskvada avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində metro stansiyasının keçidində gözləyən insanları vurub. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Xidməti yayıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının piyada keçidində baş verib. Polisin məlumatına görə, idarəetməni itirən sürücü avtobusu keçidin içinə sürüb.

Polis avtobusun sürücüsünü saxlayıb.

Moskva şəhərinin meri Sergey Sobyanin qəza yerinə baş çəkib.

Son xəbərlər

Orphus sistemi