Yuxarı

Merkel və Ərdoğan İstanbulda görüşəcək

​Merkel və Ərdoğan İstanbulda görüşəcək

Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert brifinqdə bildirib.

"Davosa səfərinin ardından kansler yanvarın 24-də İstanbula yola düşəcək. Orada Türkiyə prezidenti Ərdoğanla danışıqlar aparılacaq”, - o deyib.

A.Merkelin səfər proqramına Ərdoğanla birlikdə Alman-Türk Universitetinin yeni şəhərciyinin açılışı, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi