Merkel və Ərdoğan İstanbulda görüşəcək

Merkel və Ərdoğan İstanbulda görüşəcək Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Region
17 Yanvar , 2020 16:24
Merkel və Ərdoğan İstanbulda görüşəcək

Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert brifinqdə bildirib.

"Davosa səfərinin ardından kansler yanvarın 24-də İstanbula yola düşəcək. Orada Türkiyə prezidenti Ərdoğanla danışıqlar aparılacaq”, - o deyib.

A.Merkelin səfər proqramına Ərdoğanla birlikdə Alman-Türk Universitetinin yeni şəhərciyinin açılışı, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.

Son xəbərlər

Orphus sistemi