KİV: Ermənistanın Almaniyadakı səfiri cinayətdə ittiham olunan “qanuni oğrular”a himayədarlıq edib

KİV: Ermənistanın Almaniyadakı səfiri cinayətdə ittiham olunan “qanuni oğrular”a himayədarlıq edib Bakı. 28 noyabr. REPORT.AZ/ Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır.
Region
28 Noyabr , 2018 12:01
KİV: Ermənistanın Almaniyadakı səfiri cinayətdə ittiham olunan “qanuni oğrular”a himayədarlıq edib
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır.

“Report” xəbər verir ki, bu, Almaniyanın “Der Spiegel” dərgisi və “MDR” televiziyasının birgə apardığı araşdırma zamanı üzə çıxıb. 

Araşdırmada qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Almaniyada “qanuni oğruların” başçılıq etdiyi erməni mafiyasına himayədarlıq edib. Qeyd olunub ki, erməni mafiyasının əməlləri bu ölkədəki erməni diasporunun nüfuzuna də mənfi təsir göstərib, eyni zamanda məhkəmə işinin başlamasına və rəsmi Berlinlə Yerevan arasında diplomatik gərginliyə səbəb olub.

Bildirilib ki, yerli polis etibar etmədiyindən erməni diasporu ilə əməkdaşlığı məsləhət görməyib. Bu etimadsızlığa səbəb Ermənistanın dövlət qurumlarında və diplomatik strukturlarında işləyən şəxslərin “qanuni oğrular”la sıx əməkdaşlıq etməsi göstərilib. Almaniya Federal Kəşfiyyatı səfir Aşot Smbatyanı qaçamalçılıq və 2008-ci ildə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilir. Həmin dövrdə o, səfir olmasa da, Ermənistanın Almaniyadakı səfirliyində işləyirmiş.

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2015-ci ildə Aşot Smbatyanı ölkəsinin Almaniyadakı səfiri təyin edib.

Səfirin aqibəti ilə bağlı Almaniya mətbuatında fikir ayrılığı var. Onların fikirincə, Ermənistan hakimiyyəti A.Smbatyanı dəstəkləyir. Ancaq bu ölkədəki dəyişikliklər onun da mövqeyini laxlada bilər.

Rusiya KİV-ləri yazıb ki, Almaniyadakı mütəşəkkil erməni cinayətkarları bayker dəstələri və İtaliyanın Kalabriy əyalətinin cinayətkar “Ndrangeyt” qrupu ilə birlikdə fəaliyyət göstərib. 

Son xəbərlər

Orphus sistemi