Bakı. 28 noyabr. REPORT.AZ/ Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır.
“Report” xəbər verir ki, bu, Almaniyanın “Der Spiegel” dərgisi və “MDR” televiziyasının birgə apardığı araşdırma zamanı üzə çıxıb.
Araşdırmada qeyd olunub ki, Ermənistan
Bildirilib ki, yerli polis etibar etmədiyindən erməni diasporu ilə əməkdaşlığı məsləhət görməyib. Bu etimadsızlığa səbəb Ermənistanın dövlət qurumlarında və diplomatik strukturlarında işləyən şəxslərin “qanuni oğrular”la sıx əməkdaşlıq etməsi göstərilib. Almaniya Federal Kəşfiyyatı səfir Aşot Smbatyanı qaçamalçılıq və 2008-ci ildə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilir. Həmin dövrdə o, səfir olmasa da, Ermənistanın Almaniyadakı səfirliyində işləyirmiş.
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2015-ci ildə Aşot Smbatyanı ölkəsinin Almaniyadakı səfiri təyin edib.
Səfirin aqibəti ilə bağlı Almaniya mətbuatında fikir ayrılığı var. Onların fikirincə, Ermənistan hakimiyyəti A.Smbatyanı dəstəkləyir. Ancaq bu ölkədəki dəyişikliklər onun da mövqeyini laxlada bilər.
Rusiya KİV-ləri yazıb ki, Almaniyadakı mütəşəkkil erməni cinayətkarları bayker dəstələri və İtaliyanın Kalabriy əyalətinin cinayətkar “Ndrangeyt” qrupu ilə birlikdə fəaliyyət göstərib.