Kerçdəki partlayışda yaralanmış 44 nəfərdən 7-nin vəziyyəti ağırdır

Kerçdəki partlayışda yaralanmış 44 nəfərdən 7-nin vəziyyəti ağırdır Bakı. 18 oktyabr. REPORT.AZ/ Krım yarımadasındakı Kerç şəhərində baş vermiş partlayış nəticəsində yaralanmış 44 nəfər hələ də xəstəxanalarda qalır.
Region
18 Oktyabr , 2018 11:03
Kerçdəki partlayışda yaralanmış 44 nəfərdən 7-nin vəziyyəti ağırdır
Sputnik / Мария Крицкая
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Krım yarımadasındakı Kerç şəhərində baş vermiş partlayış nəticəsində yaralanmış 44 nəfər hələ də xəstəxanalarda qalır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib.

Onun sözlərinə görə, reanimasiya şöbəsində 12 nəfər var, onlardan 7-si çox ağır, 3-ü ağır, 2-si isə orta vəziyyətdədir.

Yaralıların bəziləri Simferopol, Temryuk, Krasnodar, Moskva şəhərlərinə köçürülüb.

Qeyd edək ki, Kerç Politexnik Kollecində baş vermiş partlayış və atışma nəticəsində 20 nəfər ölüb.

İstintaqın məlumatına görə, kollecin dördüncü kurs tələbəsi olan 18 yaşlı Vladislav Roslyakov atəş açıb və sonra intihar edib. Şübhəli şəxs 12 kalibrli silah üçün icazə alıb və sonra onun üçün 150 patron əldə edib, eləcə də özü partlayıcı qurğu yığıb.

Krımda üçgünlük matəm elan edilib.

Son xəbərlər

Orphus sistemi