Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətinin polisi Barselonada parlament binasının yerləşdiyi Syutadel parkını təhlükəsizlik baxımından bağlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı əyalətin hüquq-mühafizə orqanları yayıb.
İnformasiyaya əsasən, oktyabrın 10-u Bakı vaxtı ilə saat 20.00-da əyalətin başçısı Karles Puçdemon parlamentə gedəcək. Onun çıxış edəcəyi mövzu hələlik məlum deyil.
Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada “müstəqilliklə bağlı referendum” keçirilib. “Referendum”u bir çox dövlət, o cümlədən Azərbaycan qanunsuz adlandıraraq, İspaniyanın ərazi bütövlüyünü tanıdıqların bildirib.