Kataloniya parlamenti binasının yerləşdiyi park bağlanıb

Kataloniya parlamenti binasının yerləşdiyi park bağlanıb Bu gün əyalət başçısı parlamentə gedəcək
Region
10 Oktyabr , 2017 14:13
Kataloniya parlamenti binasının yerləşdiyi park bağlanıb
Flickr

Bakı. 10 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətinin polisi Barselonada parlament binasının yerləşdiyi Syutadel parkını təhlükəsizlik baxımından bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı əyalətin hüquq-mühafizə orqanları yayıb.

İnformasiyaya əsasən, oktyabrın 10-u Bakı vaxtı ilə saat 20.00-da əyalətin başçısı Karles Puçdemon parlamentə gedəcək. Onun çıxış edəcəyi mövzu hələlik məlum deyil.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada “müstəqilliklə bağlı referendum” keçirilib. “Referendum”u bir çox dövlət, o cümlədən Azərbaycan qanunsuz adlandıraraq, İspaniyanın ərazi bütövlüyünü tanıdıqların bildirib.

Son xəbərlər

Orphus sistemi