"İyul ayına Gürcüstandan Avropa İttifaqı (Aİ) ölkələri istiqamətində 14 uçuş planlaşdırılıb".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Nazir deyib ki, Gürcüstanın bütün aviauçuşları dayandırması barədə yayılan məlumatlar doğru deyil.
D.Zalkalianinin sözlərinə görə, Aİ-nin sərhədlərinin Gürcüstan üçün iyulun 1-dən açılacağı barədə rəsmi qərar bu gün və ya sabah elan olunmalıdır.